Sunday, October 14, 2012

Adsız gəlin

Məncə insanın yeniləşmə çagında,mənə görə tələbəliyə başladığı vaxtda seçəcəyi yol çox önəmlidi.Azərbaycanda bu daha çətindi.Ya avara olub gedəcəysən axırda da dədəvin hesabına işin-peşən,götün-başın,həyatın qurulacaq,ya da qısacası adam olacaqsan.
Bizdə adam olmaq ictimai sektor deyilən,bəzi insanların hətta çoxunun bəyənmədiyi,qəhbbəxana adlandırdıqları yerdən başlayır."Bir birlərinin arxasıyca danışırlar,filankəs götdü,o elədi,bu belədi,oğlanlar qızlarla ancaq sex uçün danışırlar,qızlar vermirlər.Qısacası sevgi yoxdur,qara bəxtim acı taleyim.
Deyəcəyim odur ki,hamı görür də belə şeyləri brat.Belə olmasa nə olardı day?Cənnət zaddı bəyəm,hamı düzgün,saf,incə,peyğambər yaxud onun evladı olsun.Normal həyatdı da.Yəni ele bir ölkədən artıq nə gözləmək olar ki?Bu içini sihdiyimi yaşıyanda belə şeylər olur,olmasa nə öyrənəssiz?Guya özüvüz belə şeyleri qəti eliyən deyilsiz?Tərtəmizsiz siz? A yalannan.
Belə səbəblərnən söhbətdən qaçmaq uşağlıqdı.Burda müxtəlif qruplar var,hərələrinin də öz maraqlı həyatları var.Sadəcə məqsəd eynidirsə o həyatlar birləşib bir güc ola bilərlər.Nə qədər qırışıb,bir birlərini altdan yuxarı cırsalar da,lazımi vaxtda hər nə olsada bir olmağı,biryerdə olmağı bacarırlar.Mənim də o qədər dava elədiyim,iyrəncliklərini gördüyüm,iyrəndiyim adamlar var ki.Sikdir eliyirsən gedir də,vessalam.Daha belə şeylərə görə söhbətdən qaçmaq nə qədər düzgündür axı?.
Sonra, o qədər adam gəlir,düşük,səviyyəsiz bəhanələrlə 1-2 həftədən sonra uzaqlaşır biraz sonra ümumiyyətlə buxara çevrilir.Ay şəxsi problemlər ay ayrı seçkilik,yalannan izlənirəm bəhanələri.Gedəndə də 4-5 nəfəri göt çıxarmağı unutmurlar.Məncə hamısı özlərinin looserliklərindən irəli gəlir.Dəyişmək,inkişaf eləmək qabiliyyətindən məhrum insanlardılar.
Mən çıxdığım ilk mitinqdə tutulmuşam.Elə saf getmişdim ki,elə bildim çıxacıq hay-kuy falan,axırda da polislərdən qaçacıq.Lakin ən birinci tutulanlardan oldum.Söhbətin əslində o qədər də asand olmadığını başa düşdüm.Mənlə saxlanılan hərkəs buraxıldı,məni 7 sutka həbs elədilər.Yatdım çıxdım,13 gündən sonra dərsə gedirdim yenə tutub 5 sutka verdilər.20 gün sonra evimizə dalımca gəldilər,evden qaçdım,gizləndim.Səhərsi gün Səbail rayon polis idarəsinə getdik,İlqar Mahmudov dedi ki,30 aprel aksiyasının təşkilatçılarından biri də sənsən,de görək nə işnən məşğulsuz?Dedim ki,ay zalım bir imkan verin nəsə eliyək də,hərəkət eləyən kimi tutub basırsız içəri.Axırı dedi ki,həmən günü orda olsan,vay halıva,vəssalam.Atama da tapşırdı hələ ki,uşağı başı boş buraxma.
Sözüm odur ki,təzə başlıyan biri üçün bir az ağırdı hə?Ancaq heç birşey dəyişmədi.
Mənim məqsədim də yerində qalmışdı,istəyim də.

Bəsdirin yoldaşlar,qardaşlar,abilər,bacılar.Çoxalmağa ehtiyyacımız var.Eləmiyin.
Məzələnə məzələnə öz axırımıza çıxacıq.
Öpmürəm.

Thursday, October 11, 2012

Corc Oruell - 1984

Bütün yazılı tarix boyu,çox ehtimal ki, Neolit dövrünün sonundan etibarən dünyada üç - Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Onlar öz aralarında dəfələrlə yenidən bölünmüşdülər, saysız-hesabsız fərqli adlarla dünyaya gəlmişdilər, əsrdən əsrə sayları arasındakı nisbət, habelə qarşılıqlı münasibətləri dəyişmişdi. Lakin mahiyyət etibarı ilə cəmiyyətin qeyd etdiyimiz düzəni heç vaxt təbəddülata uğramamışdı. Hətta ən cahanşümul sarsıntılardan, ən qarşısıalınmaz dəyişikliklərdən sonra da bu quruluş hara atılmasından asılı olmayaraq, ilkin vəziyyətini alan hacıyatmaz oyuncağı kimi əvvəlki düzənini bərpa etmişdi.
Adı çəkilən qrupların məqsədləri tamamilə fərqlidir. Ali təbəqənin niyyəti ucaldığı mərtəbədə qalmaqdır. Orta təbəqə yerini Ali təbəqə ilə dəyişmək istəyir. Aşağı təbəqəyə gəldikdə isə o, daim ağır zəhmət altında əzildiyindən təsadüfdən təsadüfə gündəlik həyatın hüdudlarından kənara baxmaq imkanı əldə edir və müəyyən məqsəd ətrafında birləşməyi bacaranda bütün ayrı-seçkiliklərin aradan qaldırıldığı, hamının bərabər olduğu cəmiyyət haqqında düşünür. Beləliklə, tarix boyu əsas cizgiləri həmişə eyniyyət təşkil edən mübarizə dönə-dönə təkrarlanır. Uzun əsrlər boyu Ali təbəqənin hakimiyyətinə heç bir təhdid hiss olunmur. Lakin tez, ya gec elə məqam gəlir ki, Ali təbəqə ya özünə inamını, ya məharatli idarəçilik qabiliyyətini, ya da hər ikisini birdən itirir. Onda özünü azadlıq və ədalət uğrunda mübariz kimi qələmə verməklə Aşağı təbəqənin də rəğbətini qazanmış Orta təbəqə yuxarıların hakimiyyıtini devirir. Məqsədinə çatdıqdan sonra o, Aşağı təbəqəni yenidən əvvəlki vəziyyətinə qaytarir, özü isə Ali təbəqəyə çevrilir. Bu arada iki təbəqənin birindən, yaxud hər ikisindən qopub ayrılanlar yeni Orta təbəqə kimi formalaşır və mübarizə təzədən qızışır. Üç təbəqədən yalnız Aşağı təbəqə heç vaxt hətta müvəqqəti də olsa məqsədinə çata bilmir. Tarix boyu maddi tərəqqinin əldə edilmədiyini söyləmək böyük mübaliğə olardı. Hətta bu gün, tənəzzül dövründə də adi bir adam maddi cəhətdən özünün bir neçə əsr əvvəlki soydaşından qat-qat yaxşı yaşayır. Lakin maddi rifah halının yaxşılaşması, davranış qaydalarının yumşalması, istənilən islahat və inqilabların həyata keçirilməsi bəşəriyyəti bərabərlik ideyasına bir millimetr də yaxınlaşdıra bilməmişdir. Aşağı təbəqənin fikrincə, tarixi dəyişikliklərin heç biri köhnə sahiblərin yeniləri ilə əvəzlənməsindən başqa məna kəsb etməmişdir.