Tuesday, February 7, 2012

Təbriz Önər`in seçki platforması

Geridə qoyduğumuz 1 il "Azad Gənclik təşkilatı"nın fəaliyyətində mühüm hadisələrlə yadda qaldı.Birgə səylərimiz nəticəsində davamlı inkişafa nail olduq.Ölkədə,ictimai sektorda və xüsusilə gənclər arasında təşkilatın nüfuzu daha da artdı.Bütün görülən işlərdə kollektiv işlədik və əminliklə deyə bilərəm ki,mən bu müddətdə öz boynuma düşən işlərin öhdəsindən layiqincə gələ bildim.Fəaliyyətimizi daha da aktivləşdirmək,öz ideyalarımı daha məsuliyyət və cəsarətlə həyata keçirmək üçün,növbəti 1 il ərzində "Azad Gənclik təşkilatı"nın sədri olmaq istəyirəm.

Sədr olacağım halda:

1.Bölgələrdə yaşayan gənclər və tələbələr təşkilat və təşkilatın fəaliyyəti haqda mümkün qədər çox məlumatlandırılacaq.Təşkilatın regionlara çıxışını maksimuma çatdırılması üçün müxtəlif layihələr reallaşdırılacaq.
Təşkilat təkcə ölkə daxilində deyil,həm də ölkə xaricində tanınacaq.

2.Təşkilatın web səhifəsi yaradılacaq.

3.Oxumaq,oynamaq yenə də oxumaq! - Gənclərin maariflənməsi və əyləncəsi daima göz önündə olacaq.
Bunun üçün bütün lazımi tədbirlər görüləcək.

4.Maarifləndirici və kreativ flaşmoblar,videoroliklər və sorğular müntəzəm olaraq ediləcək.


Təşkilat olaraq nəzərdə tutduğum planların yanında,təşkilat üzvləri üçün də nəzərdə tutduğum planlar var.Belə ki, təşkilatın özfəaliyyətini genişləndirməsi və inkişafı üçün,təşkilat üzvləri də fərdi inkişaf etməli və özfəaliyyətini genişləndirməlidir.Bunun üçün aşağıdakıları nəzərdə tutmuşam:

- Təşkilat üzvlərinin fərdi inkişafı üçün tələb olunan mövzuda təlimlərin təşkili və müzakirəsini təmin etmək.Onların fərdi inkişafına təkan vermək üçün lazımi tədbirlər görmək
- Digər müstəqil təşkilatların üzvləri ilə debatlar təşkil edərək və ya fikir mübadiləsi yaradaraq təşkilat üzvlərinin,təşkilatlar arası rəqabətini,habelə,öz sosial həyatında rəqabətini artırmasına təkan vermək.
- Təşkilat üzvlərinin bacarıq və qabiliyyətlərini həyata keçirməsi və onların inkişafı üçün müəyyən koordinatorlar vasitəsilə köməklik etmək.
Təşkilat daxili kitabxana yaratmaq.

  

Monday, December 26, 2011

B.B. King


Amerika blues gitaristi,müğənni,söz yazarı,- B.B King, (16 sentyabr 1925,İtta Ben,Missisipi,əsl adı Riley B.King) hansıki azərkeşləri onu Blues kralı adlandırır. 

                                                       

Sunday, December 25, 2011

'Little Johnny the Conqueroo'

     Klip deyirəm sizə,oğlan deyirəm sizə,mahnı deyirəm sizə...

Wednesday, December 21, 2011

Etiraflarım

Etiraf etmək heç də asan deyil. Xüsusilə ayıq vaxtı. (c)Araz Önérovič


1.Bloggerliklə aram yoxdu,çünki yaza bilmirəm,ha çalışdım alınmadı.

2.Tənbələm,axrıncı dəfə hansısa yerə vaxtında çatdığımı xatırlamıram.Əgər mənimlə görüçəcəksinizsə 30-40 dəqiqə gec gəlin.Bunu ən yaxşı Ziya Zamanlı bilir.

3.Dərsə çox az gedirəm,oxumuram,rüşvət verirəm.Başqa variantım yoxdu.Cavanşir Vəliyev olmasa universitetə ayaq basmaram.

4.İctimai sektora gəlməyimin səbəbi,qardaşımın ölkədən gedişidir.Çox pis təsir eləmişdi,hakimiyyətə nifrətimin ən başlıca səbəbi budur.

5.Müxalifət liderlərinə qəti şəkildə inanmıram və onlardan heçnə gözləmirəm.

6.Azad Gənclik təşkilatında fəaliyyət göstərməyimdən zövq alıram.

7.Heçkimlə problemim yoxdur amma problemim olan adamı it gününə salmamış əl çəkmirəm.

8.Heç kimnən inciyə bilmirəm,alınmır,hər nə olur olsun.

9.Çox danışmağı xoşlamıram,dirənməyin.Əgər kimləsə görüşüb onunla az danışıramsa bunu qəti "qırmaq" mənasında başa düşməyin.

10.Mənə qarşı götlük eləmiyin,mən çox yaxşı insanam.

11.Ən yaxın dostum Ayxan Əfəndiyevdir və bu heç vaxt dəyişməyəcək.Onunla hər gecə məhlədə siqaret çəkib söhbət eləmək qədər heçnədən zövq almıram.Bu yaşımadək başıma gələn ən maraqlı hadisələrdə biryerdə olmuşuq.Hər halda qarajdan qaraja hoppanıb göydə bir-birinə dəyib götbaş olan tək-tük insanlardanıq.17 ildir ki,dostuq.Nə gözəl!

12.Məhlə uşaqlarımı çox istəyirəm,osturağçı olsalar da.İnanıram ki hamısı kitab falan yaza bilərlər,yəni o qədər maraqlı həyat və fantaziyaları var.

13.Bəzi dostlarımın mənə qarşı olan aqressiyalarını başa düşmürəm,halbuki mən onlara qarşı elə deyiləm.

14.Optimistəm,hər şeyin yaxşı olacağına inanıram.

15.Sözü üzə deməyi bacarmıram.Nəsə alınmır,qarşımdakını pis vəziyyətə qoymağı xoşlamıram.

16.Qızlarla münasibətim əladı,onlarla ünsiyyətdə olmağı sevirəm.

17.Mənə kimsə "qardaşının qardaşı" deyəndə ləzzət eliyir.Onun kimi olmaq istiyirəm,çox şeydə oxşayırıq,sadəcə o daha ağıllı və təcrübəlidir.

18.Rəşadət Axundov və Türkan Hüseynovanı dəhşət çox istiyirəm.Evdə şəkillərini baş köşəyə qoymuşam..İlk dəfə mitinqə çıxmamışdan əvvəl qardaşımnan çıxım-çıxmıyım deyə soruşmuşdum,o da "Rəşadət nə eləsə onu elə" deyə cavab vermişdi.İkimizə də sutka verdilər,sadəcə onu mitinqdən əvvəl tutmuşdular.

19.Bu yaxınlarda tanıdığım ən gözəl insanlardan biri isə Səadət Abbaslıdır.Bu insanı dəhşət çox istəyirəm.Quzunu öpürəm burdan.

20.Günay Babazadə ilə aramda heçnə yoxdu,sadəcə o insan mənə doğmadı.Onunla problemi olacaq adamın qarşısına keçə bilərəm.

21.Həyatımda ən çox sevdiyim insan atamdır.Ən güvəndiyim,inandığım.

22.Hal hazırda bu ölkədə qalmağıma səbəb Ülvi Həsənlidir.Bu insan mənimçün çox şey deməkdir.Şef olmasa,bu təşkilat olmasa,ölkədə qalmağı mənasız hesab edirəm.Tam səmimi.

23.Müdür,Orqal,Mehriban,Üzeyir və Sadaylar üçün çox darıxıram,qayıdın da ala,nolub sizə?

24.Ən böyük arzum futbolçu olmaq olub,lakin Azərbaycanlı olmağım hərşeyin üzərindən xətt çəkdi.Ən sevdiyim futbolçu Ronaldo Luiz Nazaryo da lima-dır.Futbol oynamaqdan həzz alıram

25.Pərvanə Abdiyevanı sevirəm!

26.Orxan A.Ta,Vika Abdullayeva və Nərmin Həsənlinin ürəyimdə xüsusi yerləri var.

27.Günəşə inanıram.Allaha isə uşaqlıqdan inanmıram.

28.Amerikanı sevirəm,bir gün ora köçüb,həyatımın gerisini orada keçirəcəm.

29.Həyatı mənə başa saldığı üçün Məsim SV-ə təşəkkür edirəm!

30.Polisdən qorxuram,çünki məni hərcürə bədbəxt eləmək gücünə malikdir.

davamı ola bilər.Həyatdı,hər şey olur..