Wednesday, July 18, 2012

Yanuş Korçak - ( 22 iyul 1878 - 6 avqust 1942)


Yanuş Korçak , əslində ''Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti.
Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi.Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. 




Alman işğalı zamanında Polşanın hərbi mundirini taxırdı. O, həmçinin nasistlər tərəfindən yəhudiləri ayırmaq üçün tətbiq olunmuş David Ulduzunu da taxmaqdan imtina etmişdir. O hesab edirdi ki, bu rəmzin bədnam olması deməkdir. Həyatının son aylarını Varşavanın gettosunda keçirtdi. Korçakın sonrakı bioqrafı, Neverli, o zamanlarda Korçak üçün şəhərin ari hissəsindən saxta sənədləri əldə etmək cəhd edirdi, lakin həkim gettodan çıxmaqdan imtina etmişdi. Gettoda, hələ 1939-cu ildə yazmağa başladığı xatirə gündəliyini yazmağa yenidən başladı. Bundan əvvəl, artıq iki il xatirat dəftərinə heç nə yazmırdı, çünki bütün enerjisini onun himayəsi altında olan uşaqlar Evinə və gettoda olan uşaqlara sərf edirdi. İlk dəfə gündəlik 1958-ci ildə Varşavada dərc olunmuşdur. Sonuncu qeydlər 4 avqust 1942-ci il tarixinə düşür. 1942-ci ilin 5 və ya 6 avqust tarixində, səhər Balaca Gettonun ərazisi SS, Ukrayna və Latviyanın (askaris adlanan) qoşunları ilə əhatə edilmişdi. Bu qoşunlar öz qəddarlıq və elementar insan hisslərinin olmaması ilə məşhur idilər. “Böyük aksiya” adlanan, yəni Varşava gettosunun almanlar tərəfindən məhv olunması zamanın, Korçak Uşaqlar evinin uşaqlarını və müəllimlərini tərk etmək istəmədiyinə görə, özünü xilas etmək üçün növbəti bir fürsətdən imtina etmişdir. Gettodan deportasiya olunan gün, Korçak öz tərbiyəçilərini ölüm düşərgələrinə gedən nəqliyatın yerləşən Umschlagplatz meydanına aparmışdı. Bu yürüşdə, təxminən 200 yaxın şagird və onlarca müəllim iştirak etmişdir, onların arasında Stefanya Vilçinska da var idi. Onların sonuncu marşı əfsanəyə döndü.. Bu yürüş hərbi miflərdən biri oldu və hər zaman bütöv və təfərrüatları düzgün olmayan xatirələrə səbəb oldu. “Nə ikonaborçu, nə də ki ifşaçı olmaq istəmirəm, lakin o zaman buları necə gördüyüm haqqında danışmalıyam. Atmosferaya hərəkətsizlik, avtomatizm, apatiya girirdi. Heç bir görünən hərəkət yox idi, ki bu Korçakdı gələn, fişənglər də yox idi (bəzilərin təsvir etdiyinə görə), və yəqin Yudenratın nümayəndələrinin müdaxiləsi də yox idi –Korçaka heç kəs yaxınlaşmadı. Heç bir işarə yox idi, heç kəs oxumurdu, qürurla yuxarıya qaldırılan başlar da yox idi, Uşaqlar Evinin bayrağını kiminsə apardığı da yadımda deyil, lakin bəziləri deyirlər ki, aparırdılar. Havada qorxulu və yorğun sükut var idi. (...) Uşaqlardan biri Korçakın ətəyindən, bəlkə də əlindən tutmuşdur. Onlar transda gedirdilər. Onları Umschiag darvazasına kimi gətirdim... Digər versiyalara görə, uşaqlar dörd nəfərə ayrılaraq addımlayırdılar və onların tərbiyəçisi müəllif olduğu hekayənin əsas qəhrəmani olan, Maçius I Kralın bayrağını aparırdılar. Hər uşağın əlində ən sevdiyi oyuncaq və ya kitab var idi. yürüyüşün başında olan uşaq – skripkada ifa edirdi. Ukraynalılar və SS-çılar qırmanclarla vururdular və yürüyüşün rəhbərliyini onlardan birinin etdiyinə baxmayaraq – onun yəqin ki uşaqlara qarşı simpatiyası var idi - uşaqların üstündən güllə atırdılar. Yanuş Korçak öz şagirdləri ilə birgə Treblinkada ölüm düşərgəsində uşaqlarla birgə vəfat etmişdir. 1948-ci ildə ölməz Polşanın Dirçəlişinin Rıtsar Xaç Ordenini almışdır

Vatslav Havel - Gücsüzlərin gücü esse-sindən


Meyvə-tərəvəz dükançısı soğan və yerkökü yeşiklərinin arasına belə bir şüar yerləşdirir: "Dünyanın bütün zəhmətkeşləri birləşsin!" O, niyə belə edir? Dünyaya nə çatdırmağa çalışır? Doğurdanmı, dünyanın bütün zəhmətkeşlərinin birləşməsi ideyası onu riqqətə gətirir? Doğurdanmı, bu adamın o qədər böyük entuziazmı var ki, özündə ictimaiyyəti bu ideallarla tanış etməkdən ötrü qarşısıalınmaz daxili təkan hiss edir? O,bir anlıq da olsa düşünürmü ki, belə bir birlik necə əmələ gələ bilər, bu birləşmə nə deməkdir?
   Mənim fikrimcə, dükan sahiblərinin əksəriyyəti pəncərələrinə qoyduqları şüarlar haqda heç vaxt nə düşünür, nə də onlardan əsl mövqelərini ifadə etmək üçün istifadə edirlər. Bu poster bizim dükana soğan və yerkökü ilə birlikdə anbardan göndərilib. O, belə şüarları, sadəcə, ona görə pəncərəsinə qoyur ki, illərlə belə edilib, hamı belə edir, bunun yolu budur. Əgər imtina etsə, başına iş açar, problem yarana bilər. Pəncərəsində lazımi dekorasiyanın olmamasına görə danlana bilər, kimsə hətta onu qeyri sadiklikdə günahlandıra bilər. O, belə edir, ona görə ki, bu həyatda baş çıxarmaq üçün  belə edilməlidir. Bu, onların özlərinin dediyi kimi, "cəmiyyətlə harmoniyada" sakit həyat təmin edən minlərcə xırdalıqdan biridir.
   Aydındır ki, dükançı üçün nümayiş etdirilən şüarın semantik mənasının heç bir əhəmiyyəti yoxdur, o, bu şüarı öz pəncərəsinə insanların şüarı ifadə etdiyi idealla tanış etməkdən ötrü şəxsi istəyi ilə qoymur. Əlbəttə, bu o demək deyil ki, onun hərəkətinin, ümumiyyətlə, heç bir motivi və əhəmiyyəti yoxdur, yaxud şüar heç kəsə heç bir məlumat ötürmür. Şüar - işarədir və belə baxanda, bu işarədə şüuraltı, lakin çox dəqiq ismarıc olur.
   Bu ismarıc belə ifadə oluna bilər: "Mən dükançı XY burada yaşayıram və nə etməli olduğumu bilirəm. Cəmiyyətin məndən gözlədiyi kimi hərəkət edirəm. Mən qınaqlardan asılıyam. İtaətkaram. Dinc yaşamağa haqqım var" Bu ismarıcın, əlbəttə ki, yönəldiyi bir ünvan var və bu ünvan yuxarılar, - dükançının rəisləridir. İsmarıc eyni zamanda dükançını potensial xəbərçilərdən qoruyan bir qalxandır. Beləliklə, şüarın kökündə dükançının ölüm-qalım məsələsi durur. Bu şüar onun həyati maraqlarını əks etdirir. Bəs bu həyati maraqların özləri nədir?
   Gəlin baxaq. Əgər dükançıya "Mən qorxuram və buna görə də sorğu-sualsız itaət edirəm!" şüarını nümayiş etdirməsi tapşırılsaydı, o, bu cümlənin mənasına o qədər də biganə qalmazdı; hərçənd bu bəyanat həqiqəti daha çox əks etdirmiş olardı. Dükançı öz dükanının pəncərəsinə şəxsiyyətinin tənəzzülünə dair o cür şüar qoymağa utanardı, axı o da insandır, onun da ləyaqət hissi var. Bu çətinliyi aşmaq üçün onun sədaqətinin ifadəsi elə bir işarə cildində olmalıdır ki, ən azı mətnin üzündə təmənnasız, səmimi inanc nümayiş etdirsin. O, dükançıya "Dünya zəhmətkeşlərinin birləşməsi niyə alınmır?" deməyə imkan verməlidir. Beləliklə, bu işarə dükançıya öz itaətkarlığının dərin əsaslarını özündən gizlətməyə, eyni zamanda hakimiyyətin alt bünövrəsini də gizlətmiş olmağa kömək edir. O, öz itaətkarlığını ali bir şeyin xarici görünüşü arxasında gizlədir; bu, - idealogiyadır.

 İdealogiya dünyayla ünsiyyətin qəlp üsuludur. O, insana şəxsiyyət, ləyaqət və mənəviyyat illüziyası yaradır, eyni zamanda şəxsiyyətdən, ləyaqətdən, mənəviyyatdan üzülüşməyi insanlar üçün asanlaşdırır. Fövqəlşəxsi və obyektiv bir şey kimi, idealogiya insanlara öz vicdanlarını aldatmağa, əsl vəziyyətlərini, şərəfsiz həyat tərzlərini özlərindən və dünyadan gizlətməyə imkan verir.
   O, çox praqmatik, eyni zamanda yuxarıda, aşağıda və hər hansı tərəfdə olanların legitimləşdirilməsinin məlum ağırbatman üsuludur. O, insanlara və Tanrıya yönəldilir. O elə bir örtükdür ki, insanlar öz düşkünləşən varlıqlarını, bayağılaşmalarını, status-kvoya uyğunlaşmalarını onun arxasında gizlədə bilirlər. O elə bir bəhanədir ki, ondan dünyanın bütün zəhmətkeşlərinin birləşməsi marağı arxasında öz işini itirmək qorxusunu gizlədən dükançıdan tutmuş fəhlə sinfinə xidmət ifadələri arxasında gizlənən, əslində isə hakimiyyətdə qalmaq istəyən ən yüksək vəzifəli şəxsə qədər, - hər kəs istifadə edə bilər.
   Buna görə də idealogiyanın əsas bəhanə funksiyası post-totalitar sistemin qurbanı və dayağı olan insanlar üçün elə bir illuziya yaratmaqdadır ki, guya idealogiya insanın və kainatın istəklərilə, qaydalarıyla harmoniyadadır,
   Diktatura nə qədər balacadırsa və cəmiyyətin müasirliyi baxımından az təbəqələşibsə, diktatorun iradəsi o qədər birbaşa həyata keçirilə bilər, başqa sözlə desək, diktator dünyayla bağlı mürəkkəb proseslərdən və idealogiyanın ehtiva etdiyi özünü-bəraətdən yayınaraq, çılpaq dissiplindən istifadə edə bilər. Ancaq hakimiyyət mexanizmləri mürəkkəbləşdikcə, diktaturaların əhatə etdiyi cəmiyyət böyüdükcə və təbəqələşdikcə, diktatorlar  daha uzun müddət hakim olduqca, kənardan daha çox adam onlarla əlbir olmalı və idealogiyaya, idealoji bəraətə daha böyük əhəmiyyət yüklənməlidir.
   İdealogiya rejim və insanlar arasında körpü rolunu oynayır, onun vasitəsilə rejim insanlara, insanlar rejimə yaxınlaşır. Bu, idealogiyanın post-totalitar sistemdə niyə belə mühüm rol oynadığını göstərir: fərdlərin, ierarxiyaların, ötürücü vasitələrin, rejimin bütövlüyünü heç nəyi şansa buraxmayaraq, çoxsaylı üsullarla təmin edən dolayı manipulyasiya vasitələrinin mürəkkəb maşını, - bəraətsiz və maşının hər bir hissəsi üçün bəhanə kimi fəaliyyət göstərən idealogiyasız, sadəcə olaraq, ağlasılmaz olardı.

                                          
                                                     

  

Thursday, May 31, 2012

Rövşən,mahiyyətini gizlətməyə çalışsan da xislətin səni ələ verir.

Xahiş olunur ilk olaraq videonu izləyin!


Demək olar bloqa yazı yazmıram.Əslində yazmaq üçün səbəb və material yetərincə çoxdur,sadəcə yazmağı bacarmıram.Bu dəfə dözə bilmədim artıq.TopAzTv yenə böyük alman xalqına,dövlətinə,"böyük" oşıbkalarını göstərməyə çalışır,haqq yoluna dəvət edir.Yəni ki,bu belədi də brat.Niyə inkişaf etmək istəmirsiniz?Baxın bizə eliyin də.Bizim kimi analoqsuz olun.Əslində analoqsuz pult bir heçdir,bizdə də problem budu zatən.Nəysə,keçim əsas məsələyə.
Videodakı qardaş-bacılarımızın "Ceyhun & Rauf" trajikomediyasının aktyorları olduğunu onsuzda hamımız anladıq.Sadəcə videonun 40-cı saniyəsindən sora danışan,qara kurtkalı,optik eynəkli üstün zəka(Rövşən Camalov - "İRƏLİ" İctimai Birliyinin Ali məktəblərlə iş üzrə koordinatoru,Azərbaycan Kooperasiya Universitetinin Tələbə gənclər təşkilatının sədri),mənim şəxsən qrup yoldaşım olub.Çox uzatmaq istəmirəm,mən bu gedəyə ilişirdim həmişə,əsas da irəliçi olduğuna görə.Həmişə istəyirdim ki,ciddi mübahisəmiz olsun.Müzakirə eləməyi sevmirəm belə insanlarla,istəyirəm əsəbiləşdirim,dediyim doğrularla özündən çıxarım,onlar da aqressiyadan düzünü desinlər,boyunlarına alsınlar hər şeyi.Niyyətim fikirlərini öyrənmək idi sadəcə.Başa düşə bilmirdim ki,insan necə ürəkdən sevə bilər axı belə prezidenti,belə ölkəni,bele quruluşu.Həmişə bir az danışırdı,bir-iki söz deyirdi,eyni sözlər,analoqsuz inkişaf sözləri.Bütün bunlara cavab verəndə isə,dərindən "eeh"
 çəkib üzünu çevirirdi.Bilir ki,müxalifətçiyəm.Düşündüyü də odur ki,mən və bizlər Əli Kərimli və İsa Qəmbərdən aldığımız pullar müqabilində mitinqlərə çıxırıq,demokratiya-azadlıq qışqırırıq,ölkəmizin çiçəhlənməsinin qarşısını alırıq.Niyyətimiz pisdi.Halbuki,bunları elə özləri edirlər və həyasızcasına durub bizə də şər atırlar hələ.
Bir dəfə sinifdə yenə aləmi qatmışdım bir-birinə,Rövşənlə də dilləşdik biraz.Tənəffüs olan kimi Rovşən mənə yaxınlaşdı ki,xahiş edirəm,mənə day ilişməyin.Qardaş,mən qaçqınam,təhsil haqqının 50%-ni verirəm(rəqəm dəqiq deyil ama oralarda bir yerdədi),işıq pulu,qaz pulu,zırtdı-pırtdı heç biri yox,irəlidə də maaş verirlər,mən axı "Cənab prezident"-dən necə narazı olum?Bax o sözü eləcə də dedi."Cənab prezident".Bu artıq qorxudurmu ya yaltaqlıq anlamadım.Nəsə dərinlərdə bir şeydir.
Adam boynuna aldı,dedi mən götəm,bağışla və məni unut.Onnan sonra daha razılaşdım.İnsanın ki,dəyişməyə meyli yoxdusa o oğraşdır,vəssalam.Mən bunu ancaq belə başa düşüb və qəbul edirəm.O söhbətdən sonra bir-iki dəfə təsadüfi mübahisələr olub,olar da ki,elə-belə.
İndi görürəm ki,Az Tv-də çıxıb meymunluq eliyir,faşizm zad,almanları qınıyır kişinin oğlu,qoyub belinə.Mənə maraqlı gələn odur ki,bu qədər "bilənisən"-sə niyə bu videoya çıxırdın?Ağlın heç işləmir?Mənim,bizim bunları görəcəyimizi,itin götünə girə biləcəyini əvvəlcədən fikirləşməmişdin heç?İrəli sizə nə öyrədir ümumiyyətlə?Heç olmasa yetim-yesirləri verin qabağa,danışsınlar da.Sən ki,savadlı uşaqsan,universitetdə divarda şəklin də olmalıydı mən biləni.Yoxsa elə yetim-yesir kimi səni veriblər qabağa?Yoxsa ümumiyyətlə hamınız yetim-yesirsiz?Adam yaltaq olsa da gərək səviyyəli yaltaq olsun.Özünü bu qədər biabır edən,bu qədər alçaldan insan yazıqdır,bədbəxtdir,ümumilli fahişədir.Mən inanıram ki,sən bu videoya pula görə yox,qrupda bir birinə toy şəkillərini göstərib,Royanın - Eşqim mahnısına qulaq asıb kədərlənən,sevgi yoxdur deyib,elçilərinin sayı ilə fəxr edib,ancaq heçkəsə verməyən qızların dilinə düşməkçün çıxmısan."Rövşəni də dünən televizorda göstərdilər" deyib,üzlərində qəhbə gülüşü yaradan qızların.O qancıq sifətli rektorun qızının dilinə düşməkçün.Bütü günü koridorda tələbə qızların götünə baxan dekanın dilinə düşməkçün.Nəbilim,bəlkə o yekə peysərini daha da şişirtmək üçün pula da çıxmış ola bilərsən.Ehtimallar çoxdur.
Fatma müəllimə demişdi e bir dəfə,yadına düşər bəlkə,Rövşən özünü gözə soxmağı bacarır.Onda sən onu yaxşı mənada başa düşüb sevinmişdin.Mən fikirləşirəm ki,əslində o sənlə məzələnirdi.Göz yox "göt"demək istəyirdi.Bəli,sən götə girmək üzrə mastersən.Bacarıqlarım dediyin şeylər əslində bir şeyə,girməyə bağlıdı.O olmasa sən doğurdan bir heçsən.Fikirləşirəm ki,elə sənin yerin oradı.Mən heçvaxt sənin kimi birisinin mənimlə eyni ideyaları,dəyərləri və.s daşımağını istəmərəm.Mən sənin normal bir vətəndaş olmağını arzulamıram,əksinə,daha da pis günlərə düşməyini istəyirəm.Sən və sənin kimilər buna layiqsiniz,tam olaraq!Humanizm girmir belə söhbətlərə.Sən məhv olunmalı insansan.
Bil ki,özüvü kimin götünə monte eləsən də,mən sənin necə şərəfsiz olduğunu bilirəm.Həmişə beyninin bir yerinde fırlanacam,tam olaraq göt olduğunu bilən biri olduğunu biləcəkən yaşadığın müddətcə.Əvvəllər hiss eləmir adam,lakin sonra girəndə pis girir.Eləcə də Cavanşir(qrup yoldaşım,dostum,yetim).Bütün bu dediklərimin sübutu kimi Cavanşir var.O da tanıyır səni.Bəlkə mənim yadımnan çıxartdığım hadisələr və yaxud sözlər də var,o bilir.İfadəsini itirmiş sifətini görəndə o qədər əsəbləşdim ki,çox şey soruşa bilmədim,sadəcə şəklini tapmağını istədim.O da sağ olsun,həmən dəqiqə tapdı.
Səni bir gün tapıb götbaş eliyəcəm,söz verirəm özümə.Cavanşir də növbədə məndən sonradı.Düzdü yetim ordadı,"eləsin görüm,niyə eləmir bəs?!" deyə sual yarana bilər o cırıq beynində.Sadəcə ponyatkalı uşaqdı,mənə də hörmət eliyir sağ olsun,"birinci sənsən sora mən,yetim" deyir.

P.S yazının adı millilər kralı,Ali Transmillinin söz bazasının məhsuludur.


Rövşən Camalov

Saturday, March 10, 2012

17 Mart,Haqqını tələb et!

17 Mart - Gənclərin "Gələcək Naminə" mitinqi
Hər kəsə xəbər verin,dostunuza,tələbə yoldaşlarınıza,tanışlarınıza.17 mart dönüş nöqtəsi olacaq.
Biz istəyirik...

- Siyasi məhbuslar azad edilsin!
- Rüşvətsiz təhsil!
- 20 ildir davam edən müharibə şəraiti sona çatsın və ölkəmizin ərazi bütövlüyü təmin edilsin!

Gənclik 17 martda Gələcək Naminə bir yerə toplaşacaq.
Gələcəyini düşün,sən də bizə qoşul!

Friday, March 9, 2012

Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışı

Saakaşvilidən İLham Əliyevə,deputatlara ADR və Rəsulzadə dərsi
                               

Sunday, February 19, 2012

Azad Gənclik,Azad Gələcək!

Bu gün təşkilatımızın,'Azad Gənclik təşkilatının' 1-ci qurultayı oldu.Çox sevinirdim,çünki doğurdan da bu 1 il ərzində çox əziyyət çəkmişdik və bu əziyyətin bəhrəsi kimi 1 yaşımızı və qurultayımızı keçirmiş olduq.Bütün haqsızlıqlara,özbaşnalıqlara,ədalətsizliklərə rəğmən,biz bu gün,bu ölkədə yeniliklərin və demokratiyanın olacağına bir az da ümid,bir az da təkan verdik.
Təşkilatın sədri yenidən Ülvi Həsənli oldu.Şef doğurdan da il ərzində çox əziyyət çəkib,mən şahidəm ən azından,eləcə də digər üzvlər.Təşkilatı 0-dan bugünlərə kimi gətirib çıxarıb.Üzvlərin,gənclərin eləcə də ictimaiyyətin etimadını qazana bilib.Bizlərin də təbii ki,çox köməyimiz olub bütün bu işlərdə,biz olmasaq çox şey olmazdı bəlkə də.Amma yenə də Ülvi-nin təcrübəsi öz sözünü deyir.
Novbəti il ərzində nələrin olacağını bilmək istəyirsizsə,sadəcə demək istəyirəm ki,Azad Gələcək,Azad Gəncliklə gələcək!

Tuesday, February 7, 2012

Təbriz Önər`in seçki platforması

Geridə qoyduğumuz 1 il "Azad Gənclik təşkilatı"nın fəaliyyətində mühüm hadisələrlə yadda qaldı.Birgə səylərimiz nəticəsində davamlı inkişafa nail olduq.Ölkədə,ictimai sektorda və xüsusilə gənclər arasında təşkilatın nüfuzu daha da artdı.Bütün görülən işlərdə kollektiv işlədik və əminliklə deyə bilərəm ki,mən bu müddətdə öz boynuma düşən işlərin öhdəsindən layiqincə gələ bildim.Fəaliyyətimizi daha da aktivləşdirmək,öz ideyalarımı daha məsuliyyət və cəsarətlə həyata keçirmək üçün,növbəti 1 il ərzində "Azad Gənclik təşkilatı"nın sədri olmaq istəyirəm.

Sədr olacağım halda:

1.Bölgələrdə yaşayan gənclər və tələbələr təşkilat və təşkilatın fəaliyyəti haqda mümkün qədər çox məlumatlandırılacaq.Təşkilatın regionlara çıxışını maksimuma çatdırılması üçün müxtəlif layihələr reallaşdırılacaq.
Təşkilat təkcə ölkə daxilində deyil,həm də ölkə xaricində tanınacaq.

2.Təşkilatın web səhifəsi yaradılacaq.

3.Oxumaq,oynamaq yenə də oxumaq! - Gənclərin maariflənməsi və əyləncəsi daima göz önündə olacaq.
Bunun üçün bütün lazımi tədbirlər görüləcək.

4.Maarifləndirici və kreativ flaşmoblar,videoroliklər və sorğular müntəzəm olaraq ediləcək.


Təşkilat olaraq nəzərdə tutduğum planların yanında,təşkilat üzvləri üçün də nəzərdə tutduğum planlar var.Belə ki, təşkilatın özfəaliyyətini genişləndirməsi və inkişafı üçün,təşkilat üzvləri də fərdi inkişaf etməli və özfəaliyyətini genişləndirməlidir.Bunun üçün aşağıdakıları nəzərdə tutmuşam:

- Təşkilat üzvlərinin fərdi inkişafı üçün tələb olunan mövzuda təlimlərin təşkili və müzakirəsini təmin etmək.Onların fərdi inkişafına təkan vermək üçün lazımi tədbirlər görmək
- Digər müstəqil təşkilatların üzvləri ilə debatlar təşkil edərək və ya fikir mübadiləsi yaradaraq təşkilat üzvlərinin,təşkilatlar arası rəqabətini,habelə,öz sosial həyatında rəqabətini artırmasına təkan vermək.
- Təşkilat üzvlərinin bacarıq və qabiliyyətlərini həyata keçirməsi və onların inkişafı üçün müəyyən koordinatorlar vasitəsilə köməklik etmək.
Təşkilat daxili kitabxana yaratmaq.

  

Monday, December 26, 2011

B.B. King


Amerika blues gitaristi,müğənni,söz yazarı,- B.B King, (16 sentyabr 1925,İtta Ben,Missisipi,əsl adı Riley B.King) hansıki azərkeşləri onu Blues kralı adlandırır. 

                                                       

Sunday, December 25, 2011

'Little Johnny the Conqueroo'

     Klip deyirəm sizə,oğlan deyirəm sizə,mahnı deyirəm sizə...

Wednesday, December 21, 2011

Etiraflarım

Etiraf etmək heç də asan deyil. Xüsusilə ayıq vaxtı. (c)Araz Önérovič


1.Bloggerliklə aram yoxdu,çünki yaza bilmirəm,ha çalışdım alınmadı.

2.Tənbələm,axrıncı dəfə hansısa yerə vaxtında çatdığımı xatırlamıram.Əgər mənimlə görüçəcəksinizsə 30-40 dəqiqə gec gəlin.Bunu ən yaxşı Ziya Zamanlı bilir.

3.Dərsə çox az gedirəm,oxumuram,rüşvət verirəm.Başqa variantım yoxdu.Cavanşir Vəliyev olmasa universitetə ayaq basmaram.

4.İctimai sektora gəlməyimin səbəbi,qardaşımın ölkədən gedişidir.Çox pis təsir eləmişdi,hakimiyyətə nifrətimin ən başlıca səbəbi budur.

5.Müxalifət liderlərinə qəti şəkildə inanmıram və onlardan heçnə gözləmirəm.

6.Azad Gənclik təşkilatında fəaliyyət göstərməyimdən zövq alıram.

7.Heçkimlə problemim yoxdur amma problemim olan adamı it gününə salmamış əl çəkmirəm.

8.Heç kimnən inciyə bilmirəm,alınmır,hər nə olur olsun.

9.Çox danışmağı xoşlamıram,dirənməyin.Əgər kimləsə görüşüb onunla az danışıramsa bunu qəti "qırmaq" mənasında başa düşməyin.

10.Mənə qarşı götlük eləmiyin,mən çox yaxşı insanam.

11.Ən yaxın dostum Ayxan Əfəndiyevdir və bu heç vaxt dəyişməyəcək.Onunla hər gecə məhlədə siqaret çəkib söhbət eləmək qədər heçnədən zövq almıram.Bu yaşımadək başıma gələn ən maraqlı hadisələrdə biryerdə olmuşuq.Hər halda qarajdan qaraja hoppanıb göydə bir-birinə dəyib götbaş olan tək-tük insanlardanıq.17 ildir ki,dostuq.Nə gözəl!

12.Məhlə uşaqlarımı çox istəyirəm,osturağçı olsalar da.İnanıram ki hamısı kitab falan yaza bilərlər,yəni o qədər maraqlı həyat və fantaziyaları var.

13.Bəzi dostlarımın mənə qarşı olan aqressiyalarını başa düşmürəm,halbuki mən onlara qarşı elə deyiləm.

14.Optimistəm,hər şeyin yaxşı olacağına inanıram.

15.Sözü üzə deməyi bacarmıram.Nəsə alınmır,qarşımdakını pis vəziyyətə qoymağı xoşlamıram.

16.Qızlarla münasibətim əladı,onlarla ünsiyyətdə olmağı sevirəm.

17.Mənə kimsə "qardaşının qardaşı" deyəndə ləzzət eliyir.Onun kimi olmaq istiyirəm,çox şeydə oxşayırıq,sadəcə o daha ağıllı və təcrübəlidir.

18.Rəşadət Axundov və Türkan Hüseynovanı dəhşət çox istiyirəm.Evdə şəkillərini baş köşəyə qoymuşam..İlk dəfə mitinqə çıxmamışdan əvvəl qardaşımnan çıxım-çıxmıyım deyə soruşmuşdum,o da "Rəşadət nə eləsə onu elə" deyə cavab vermişdi.İkimizə də sutka verdilər,sadəcə onu mitinqdən əvvəl tutmuşdular.

19.Bu yaxınlarda tanıdığım ən gözəl insanlardan biri isə Səadət Abbaslıdır.Bu insanı dəhşət çox istəyirəm.Quzunu öpürəm burdan.

20.Günay Babazadə ilə aramda heçnə yoxdu,sadəcə o insan mənə doğmadı.Onunla problemi olacaq adamın qarşısına keçə bilərəm.

21.Həyatımda ən çox sevdiyim insan atamdır.Ən güvəndiyim,inandığım.

22.Hal hazırda bu ölkədə qalmağıma səbəb Ülvi Həsənlidir.Bu insan mənimçün çox şey deməkdir.Şef olmasa,bu təşkilat olmasa,ölkədə qalmağı mənasız hesab edirəm.Tam səmimi.

23.Müdür,Orqal,Mehriban,Üzeyir və Sadaylar üçün çox darıxıram,qayıdın da ala,nolub sizə?

24.Ən böyük arzum futbolçu olmaq olub,lakin Azərbaycanlı olmağım hərşeyin üzərindən xətt çəkdi.Ən sevdiyim futbolçu Ronaldo Luiz Nazaryo da lima-dır.Futbol oynamaqdan həzz alıram

25.Pərvanə Abdiyevanı sevirəm!

26.Orxan A.Ta,Vika Abdullayeva və Nərmin Həsənlinin ürəyimdə xüsusi yerləri var.

27.Günəşə inanıram.Allaha isə uşaqlıqdan inanmıram.

28.Amerikanı sevirəm,bir gün ora köçüb,həyatımın gerisini orada keçirəcəm.

29.Həyatı mənə başa saldığı üçün Məsim SV-ə təşəkkür edirəm!

30.Polisdən qorxuram,çünki məni hərcürə bədbəxt eləmək gücünə malikdir.

davamı ola bilər.Həyatdı,hər şey olur..