Sunday, February 19, 2012

Azad Gənclik,Azad Gələcək!

Bu gün təşkilatımızın,'Azad Gənclik təşkilatının' 1-ci qurultayı oldu.Çox sevinirdim,çünki doğurdan da bu 1 il ərzində çox əziyyət çəkmişdik və bu əziyyətin bəhrəsi kimi 1 yaşımızı və qurultayımızı keçirmiş olduq.Bütün haqsızlıqlara,özbaşnalıqlara,ədalətsizliklərə rəğmən,biz bu gün,bu ölkədə yeniliklərin və demokratiyanın olacağına bir az da ümid,bir az da təkan verdik.
Təşkilatın sədri yenidən Ülvi Həsənli oldu.Şef doğurdan da il ərzində çox əziyyət çəkib,mən şahidəm ən azından,eləcə də digər üzvlər.Təşkilatı 0-dan bugünlərə kimi gətirib çıxarıb.Üzvlərin,gənclərin eləcə də ictimaiyyətin etimadını qazana bilib.Bizlərin də təbii ki,çox köməyimiz olub bütün bu işlərdə,biz olmasaq çox şey olmazdı bəlkə də.Amma yenə də Ülvi-nin təcrübəsi öz sözünü deyir.
Novbəti il ərzində nələrin olacağını bilmək istəyirsizsə,sadəcə demək istəyirəm ki,Azad Gələcək,Azad Gəncliklə gələcək!