Tuesday, February 7, 2012

Təbriz Önər`in seçki platforması

Geridə qoyduğumuz 1 il "Azad Gənclik təşkilatı"nın fəaliyyətində mühüm hadisələrlə yadda qaldı.Birgə səylərimiz nəticəsində davamlı inkişafa nail olduq.Ölkədə,ictimai sektorda və xüsusilə gənclər arasında təşkilatın nüfuzu daha da artdı.Bütün görülən işlərdə kollektiv işlədik və əminliklə deyə bilərəm ki,mən bu müddətdə öz boynuma düşən işlərin öhdəsindən layiqincə gələ bildim.Fəaliyyətimizi daha da aktivləşdirmək,öz ideyalarımı daha məsuliyyət və cəsarətlə həyata keçirmək üçün,növbəti 1 il ərzində "Azad Gənclik təşkilatı"nın sədri olmaq istəyirəm.

Sədr olacağım halda:

1.Bölgələrdə yaşayan gənclər və tələbələr təşkilat və təşkilatın fəaliyyəti haqda mümkün qədər çox məlumatlandırılacaq.Təşkilatın regionlara çıxışını maksimuma çatdırılması üçün müxtəlif layihələr reallaşdırılacaq.
Təşkilat təkcə ölkə daxilində deyil,həm də ölkə xaricində tanınacaq.

2.Təşkilatın web səhifəsi yaradılacaq.

3.Oxumaq,oynamaq yenə də oxumaq! - Gənclərin maariflənməsi və əyləncəsi daima göz önündə olacaq.
Bunun üçün bütün lazımi tədbirlər görüləcək.

4.Maarifləndirici və kreativ flaşmoblar,videoroliklər və sorğular müntəzəm olaraq ediləcək.


Təşkilat olaraq nəzərdə tutduğum planların yanında,təşkilat üzvləri üçün də nəzərdə tutduğum planlar var.Belə ki, təşkilatın özfəaliyyətini genişləndirməsi və inkişafı üçün,təşkilat üzvləri də fərdi inkişaf etməli və özfəaliyyətini genişləndirməlidir.Bunun üçün aşağıdakıları nəzərdə tutmuşam:

- Təşkilat üzvlərinin fərdi inkişafı üçün tələb olunan mövzuda təlimlərin təşkili və müzakirəsini təmin etmək.Onların fərdi inkişafına təkan vermək üçün lazımi tədbirlər görmək
- Digər müstəqil təşkilatların üzvləri ilə debatlar təşkil edərək və ya fikir mübadiləsi yaradaraq təşkilat üzvlərinin,təşkilatlar arası rəqabətini,habelə,öz sosial həyatında rəqabətini artırmasına təkan vermək.
- Təşkilat üzvlərinin bacarıq və qabiliyyətlərini həyata keçirməsi və onların inkişafı üçün müəyyən koordinatorlar vasitəsilə köməklik etmək.
Təşkilat daxili kitabxana yaratmaq.

  

1 comment:

  1. Sən gələcəksən, sonra da zülm bitəcək.

    ReplyDelete